Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sənətçi Miriş Hüseynovun canlı konserti baş tutub.

21.04.2020

Mövcud pandemiya təhlükəsilə əlaqədar olaraq respublikada bütün mədəni və digər tədbirlərin müasir kommunikasiya, o cümlədən sosial şəbəkələr üzərindən aparıldığını artıq dəfələrlə qeyd etmişik. Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr də bu imkanlardan istifadə edərək, bir-birindən maraqlı onlayn tədbirlər, layihələr, canlı ifalar təqdim edirlər.

Bu çərçivədə, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı, tanınmış incəsənət ustası Miriş Hüseynovun onlayn konserti növbəti maraqlı tədbirlərdən biridir.

Konsert proqramı aprelin 21-də Masallı Rayon Mədəniyyət Mərkəzinin konsert zalında baş tutub. Təxminən 40 dəqiqə davam edən konsert tədbirində M. Hüseynov, yerli və əcnəbi bəstəkarların repertuarından olan zövqlü və ruhoxşayan musiqiləri canlı ifa edib. Proqram ərzində M. Hüseynovu istedadlı instrumental musiqi ifaçıları müşayiət ediblər.

Məlumat üçün qeyd edək ki, M. Hüseynov milli televiziya kanallarında yayımlanmış “Azəri star” və digər musiqi müsabiqələrinin iştirakçısı və laureatı, “ÜNS yaradıcılıq səhnəsi” kimi nüfuzlu mədəni layihənin solisti olub. O, həmçinin çoxsaylı mükafat və fəxri diplomlara layiq görülüb, bir çox yerli teleseriallar üçün musiqilər ifa edib. Görkəmli bəstəkarlardan Tofiq Quliyev, Emin Sabitoğlu, Zakir Bağırov, Elza İbrahimova və digər korifey sənətkarların əsərlərini məharətlə səsləndirən M. Hüseynov, Türkiyənin tanınmış sənət adamlarının repertuarına da müraciət edir.

Xatırladaq ki, konsert sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

Video: https://youtu.be/xjux7ITWWMg