14.01.2025
Yanvarın 14-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “20 yanvar -qanlı və şanlı tariximiz“adlı tarix dərsi keçirilib.
Bala Kolatan kənd tam orta məktəbində keçirilən tarix dərsində məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova mövzu ilə bağlı geniş mühazirə edərək Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 35 il ötdüyünü, həmin gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qıra bilinməyəcəyini nümayiş etdirdiyini bildirib: “Eyni zamanda tarix göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar bir daha xalqımızın yenilməz, məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı əzəli düşməndən təmizlədi”.
Tarix dərsində sonunda şagirdlər 20 yanvar hadisəsinin özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxaraq faciənin detalları ilə yaxından tanış olublar.