11.07.2026
İyulun 11-də Astara rayon Mədəniyyət Mərkəzində “Xalq sənətkarlıq zonası” layihəsi çərçivəsində tədbir keçirilib.Tədbirin məqsədi gənclərdə xalq sənətkarlığına marağı artırmaq, onları milli-mədəni irs nümunələri ilə yaxından tanış etmək və bu sahənin təbliğinə töhfə vermək olub. Layihə çərçivəsində xalçaçılıq və dərzilik üzrə ustad dərsləri təşkil edilib. İştirakçılar hər iki sahənin incəlikləri ilə yaxından tanış olub, sənət ustalarının bilik və bacarıqlarından faydalanaraq xalq sənətkarlığının zəngin ənənələri haqqında ətraflı məlumat əldə ediblər. Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.