Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Lerikdə “Müstəqilliyə və tərəqqiyə açılan yol” adlı sərgi keçirilib

14.07.2026

İyulun 13-də Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Müstəqilliyə və tərəqqiyə açılan yol” adlı açıq səma altında sərgi keçirilib. Sərgidə təqdim olunan kitablar, tarixi fotoşəkillər və sənədlər Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, dövlətçilik fəaliyyətini və Azərbaycanın inkişafına verdiyi töhfələri əks etdirib. Ziyarətçilər təqdim olunan nümunələrlə tanış olaraq Ümummilli Liderin ölkəmizin tərəqqisi, milli dövlətçiliyin möhkəmləndirilməsi və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat əldə edib, dahi siyasətçinin əziz xatirəsini ehtiramla anıblar.