Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Birlik və həmrəyliyimizin güc rəmzi” adlı tarix dərsi keçirilib

06.02.2025

 Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə əlaqədar olaraq “Birlik və həmrəyliyimizi güc rəmzi” başlığı altında tarix dərsi keçirilib.

Masallı şəhər 7 saylı tam orta məktəbində keçirilən tarix dərsində məktəbin şagird və müəllim kollektivi iştirak edib.

İki öncə vətənin azadlığı, bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova çıxış edərək 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsinin böyük məna daşıması və ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürməyin indi ən ümdə vəzifələrdən biri olduğunu qeyd edib.

Daha sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə mövzu ilə bağlı geniş mühazirə oxuyub.