28.04.2025
Aprelin 28-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Lerik Rayon Heydər Əliyev Mərkəzində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə “Zərif ömrün işığı” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Akademik Zərifə Əliyevanın Azərbaycanın tibb elminin inkişafında və oftalmologiya sahəsində qazandığı böyük uğurlardan bəhs edərək, onun həm elmi, həm də ictimai fəaliyyəti ilə nümunəvi bir həyat yolu keçdiyini vurğulayıblar. Zərifə Əliyevanın xeyirxahlıq, humanizm və zəngin mənəviyyat simvoluna çevrildiyini qeyd edərək, onun gənclər üçün əsl həyat nümunəsi olduğunu diqqətə çatdırıblar.
Yekunda Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. İştirakçılar onun mənalı ömür yolu və Azərbaycan səhiyyəsinin inkişafına verdiyi misilsiz töhfələr haqqında ətraflı məlumat əldə ediblər.