17.01.2025
Yanvarın 17-də Astara rayon Mərkəzi kitabxanasında 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq " 20 Yanvar- Suverenliyin,istiqlaliyyətin rəmzi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbin müəllimi Gülayə Babayeva və VI sinif şagirdləri iştrak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycanın ərazisi,suverenliyi və azadlığ uğrunda canınan keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova,kitabxanaçı Nigar Təqiyeva,müəllim Gülayə Babayava çıxışlarında bildirdilər ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar Azərbaycanın suverenliyi,istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir.
Sonra şagirdlərin ifasinda 20 Yanvar kompazisiyası təqdim olunub.
Yekunda Astara Dövlət Rəsm Qalereyasının dərnək üzüvlərinin 20 Yanvara həsr olunmuş rəsm əsərləri nümayiş edilib.