Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ailə milli dəyərlərimizin daşıyıcısıdır

09.10.2024

Oktyabrın 9-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Regional bölməsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Sektorunun dəstəyi ilə Şəhid İnqilab Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbində “Ailə milli dəyərlərimizin daşıyıcısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları,valideynlər, məktəbin müəllim və şagirdlər kollektivi iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda milli-mənəvi dəyərlərimizin ailələrdə qorunub gələcək nəsillərə ötürülməsində məktəb, ailə birliyinin vacibliyindən söhbət açılıb.

Sonra yeniyetmələrlə mövzu ətrafında diskussiya aparılıb və kitablar hədiyyə olunub.

Yükunda ailə dəyərlərilə bağlı videoçarx nümayiş olunub.