Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəblilərin kitabxanaya ekskursiyası

27.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasına ekskursiya təşkil edilib.

Ekskursiyada Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbin müəllimi Məlahət Şirəliyeva , məktəbin IV sinif şagirdləri və onların valideynləri iştirak ediblər.

Kitabxananın əməkdaşı Gülər Piriyeva şagirdlərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verib. O, məktəblilərin kitabxananın mahiyyəti, kitabların mühafizəsi və uşaq ədəbiyyatı ilə bağlı suallarını cavablandırıb.

Şagirdlərə həmçinin bir neçə gün öncə keçirilmiş Masallı rayon Mərkəzi Kitabxanasının 100 illiyi ilə əlaqədar tədbir haqqında və 2024-cü ilin Yaşıl Dünya ili elan edilməsinin mahiyyəti ilə bağlı məlumatlar çatdırılıb.

Sonra məktəblilər oxu zalında qurulan sərgilərə baxış keçiriblər. Oxumaq istədikləri kitablara abunə yazılan şagirdlər kitabxanadan xoş təəssüratla ayrılıblar.