16.05.2025
Mayın 16-da 18 May Beynəlxalq Muzeylər günü münasibətilə Astara rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Astara şəhər 5 saylı, F.Əliyarov adına 6 saylı tam, Bala Şahağac, Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin qayğısına qalmış, onun gələcək nəsillərə çatdırılması üçün əlindən gələni etmişdir. Dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkşafının yeni mərhələsinə qədəm qoymuşdur.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edib.
Daha sonra “Ulu Öndər Heydər Əliyev və muzeylərimiz” adlı qısa sənədli film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.