Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda görkəmli bəstəkar Arif Məlikovun 90 illiyinə həsr edilən tədbir keçirilib

13.09.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, akademik Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə görkəmli bəstəkarın bənzərsiz yaradıcılıq nümunələrindən danışılıb.

Bildirilib ki, böyük bəstəkarın yaradıcılığında kinofilmlərə və teatr tamaşalarina yazdiğı musiqilər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanib. Onun "Sehrli xalat", "Ulduzlar sönmür", "Axirıncı aşırım " kimi filmlərə, "Natəvan", "Atabəylər" tamaşalarına yazdiğı musiqi əsərləri bu gün də sevilə-sevilə dinlənilir.