Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

Warning: date(): It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected the timezone 'UTC' for now, but please set date.timezone to select your timezone. in /home/mct/public_html/mctgov.az/masalli/inc/preview/main.php on line 267

28.09.2023

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Əsrin müqaviləsi" tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır mövzusunda tədbir keçirilib.

Cəlilabad Tarix Diyarşünaslıq Muzeyi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən tədbirdə mədəniyyət nümayəndələri və gənclər iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxışlarda qeyd olunub ki, “Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaranmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı.

Sonda Əsrin müqaviləsindən bəhs edən “Əsrə bərabər gün” adlı film nümaiyş olunub.