Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

25.05.2023

Mayın 25-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov çıxış edərək insan alverini bəşəri problem adlandırıblar. Qeyd olunub ki, hər il minlərlə insan istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanına çevrilir. Buna görə də ayıq-sayıq olmaqla yanaşı, hər kəs insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarına dəstək göstərməlidir.

Tədbirdə insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonda Cəlilabad rayon Mədəniyyət Mərkəzinin metodisti Nicat Quliyevin hazırladığı videoçarx nümayiş olunub.