Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Nəğməyə dönən ömür

17.04.2024

Astara Tarix-Diyarşünaslıq Muzeyində görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi ilə əlaqədar “Nəğməyə dönən ömür“ adlı tədbir keçirilib.

Tədbirdə Astara rayon N.Həsənov adına tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır.

Süleyman Ələsgərov musiqinin bir cox janırında öz yaradıcılıq imkanlarını sınamış, zövq oxşayan maraqlı əsərlər yaratmışdır. Bəstəkarın yaradıcılığı ilə yaxından tanış olarkən aydın olur ki, O, ölkəmizdə baş verən bütün ictimai-siyasi, ədəbi prosesləri diqqətlə izləyərək hər zaman fəal aparıcı mövqedən çıxış etmişdir. Süleyman Ələsgərov XX əsrin 30-40-cı illərini əhatə edən dövürdə formalaşan sənətkarlardandır. Öz xalqının övladı olaraq o, zəmanəsinin qabaqcıl fikirli vətənpərvər mütəfəkkirlərinin irəli sürdüyü ideyaların sədaqətli davamcısı olmuşdur.

Sonra mövzuyla bağlı muzeyin şöbə müdri Vüsalə Xocaxanova məruzə edib.