Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yenilməz, qüdrətli, müstəqil Azərbaycan Respublikası

25.05.2023

Mayın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "28 may Müstəqillik günü"  ilə əlaqədar "Yenilməz, qüdrətli, müstəqil Azərbaycan Respublikası" adlı dəyirmi masa keçirilib. 

Tədbirdə Yardımlı rayon Alçabulaq kənd tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra mərkəzin baş fond mühafizi Zeynəb Məmmədzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, 23 ay ərzində həyata keçirilən işlərdən, xalqımızın illər sonra yenidən müstəqilliyinə qovuşmasından və bu müstəqilliyin qorunub-saxlanmasında əvəzsiz xidmətləri ilə əbədiyyətlik qazanan Ulu Öndər Heydər Əliyevin yürütdüyü uzaqörən siyasətdən bəhs edib. Z.Məmmədzadə həmçinin Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə və tədbirlər haqqında da tədbir iştirakçılarını məlumatlandırıb

Sonra Alçabulaq kənd tam orta məktəbinin direktoru, şəhid atası Ədalət Qarayev də mövzu ilə bağlı ətraflı şəkildə çıxış edib, gənclərimizə həqiqi Azərbaycan vətənpərvəri olmağı arzulayıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Yekunda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekponatlarla, və sərgilərlə tanış olublar.