Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

31 Mart-Tarixin qanlı səhifələri

28.03.2024

Astara rayon Mərkəzi Kitabxanasında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı   Ziya Bünyadov adına 2 saylı tam orta məktəblərinin IX sinif şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Emil Baxşıyev açaraq bildirmişdir ki,. Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük  siyasətidir. Bu siyasət ermənilərin hələ XIX əsrin 20-ci illərində çar Rusiyasının qərarı ilə Qarabağa köçürüldükləri ilk günlərdən başlayaraq indiyədək davam etdirilir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Sonra kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdir Nərgiz Məhərrəmova məruzə ilə çıxış edib.

Yekunda Astara şəhər Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin şagirdləri Quluzadə Şəmsiyyə və Oruczadə Nuray vətənpərvərliklə bağlı şeirlər səsləndiriblər.