Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycançılıq ideologiyası

24.05.2023

Mayın 24-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbdə “Heydər Əliyev ili” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib.

Məktəbin 3 və 4-cü sinif şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Əzizova ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, milli dövlətçiliyin formalaşmasındakı misilsiz xidmətlərindən söhbət açıb. Sonra kitabxananın əməkdaşları Gülər Piriyeva və Mərdan İsgəndərov çıxış edərək qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və vəhdətinə, mənəvi birliyinə səbəb olmuşdur.

Yekunda şagirdlərin ifasında ümummill lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.