25.08.2025
Avqustun 25-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Astara şəhər O.Kazımi adına Uşaq Musiqi Məktəbinin tar ixtisası müəllimi Çingiz Eyvazovla 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.
Yekunda Çingiz Eyvazova mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”si təqdim olunub.