Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Açıq dərs

19.05.2023

Mayın 19-da Masallı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyində “Açıq dərs” keçirilib.

“Açıq dərs”in keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, estetik zövqünün formalaşdırılması, onların istedadının aşkara çıxarılması, təsviri və tətbiqi imkanlarının daha da inkişaf etdirilməsindən ibarət olub.