
05.03.2026
Martın 4-də Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş rayonun ictimai-siyasi həyatında fəal iştirak edən xanımlar arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib. Yarışda 6 komanda müxtəlif mövzuları əhatə edən suallar üzrə mübarizə aparıb. Gərgin və maraqlı şəraitdə keçən yarışın yekununda ilk üç yeri tutan komandalar diplomlarla təltif olunublar. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan intellektual yarış bayram ab-havasında keçərək, xanımlar arasında ünsiyyətin və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib.