Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər Vətənin qələbə rəmzidir

18.03.2023

Martın 18-də Masallı rayon Mərkəzi Kitabxanasında şəhid Eşqin Tağıyevin  anadan olmasının 25 illiyi ilə əlaqədar “Şəhidlər Vətənin qələbə rəmzidir” adlı tədbir keçirilib. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış və  44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdan biri də Tağıyev Eşqin olmuşdur.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov çıxış edərək şəhid Eşqin Tağıyevin  həyatı və döyüş yolu haqqında məlumat verib.