Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqlarda asudə vaxtın səmərəli təşkili” mövzusunda tədbir keçirilib

24.07.2024

Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar  Astara rayon Heydər Əliyev Mərkəzində Astara Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Astara rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin, Astara rayon Dövlət Rəsm Qaleriyasının əməkdaşlarının və  “Rəssamlıq” dərnəyinin şagirdlərinin iştirakı ilə “Uşaqlarda asudə vaxtın səmərəli təşkili” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Uşaqların asudə vaxtının təşkilində valideyn nəzarəti olmazsa o zaman uşaqlar müxtəlif pis vərdişlərə yiyələnə bilər, sosial təhlükəli qruplara qoşula bilər, təhsildən yayına və eləcə də müxtəlif cinayət tipli hadisələr törədə bilər. Bu halların qarşısını almaq üçün uşaqlarda ailə bağı gücləndirilməli və həmçinin asudə vaxtın səmərəli təşkil oluması üçün düzgün istiqamət verilməlidir. 

Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə  cıxış edərək bildirmişdir ki, Uşaqlarda güclü tərəflərin – yəni maraq dairəsində olan məsələlərin aşkarlanması onları asudə vaxtının səmərəli keçirilməsi üçün açar rolunu oynayır. Valideynlərin ən əsas diqqətli olmalı olduqları mövzu, məhz onların övladlarını hansı peşədə görmək istədikləri deyil, övladları özləri hansı peşənin sahibi olmaq istəmələridir. Bu baxımdan onlara azadlıq verilməli və daim dəstək olunmalıdır.

 Sonra mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva çıxış edib. Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxmış keçiriblər.