Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yadımlı Tarix- Diyarşünaslıq Muzeyində Gənclər Gününə həsr olunmuş tədbir

02.02.2023

Fevralın 2-də Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Yardımlı şəhər M.F.Axundov adına şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra muzeyin direktoru Əli İskəndərov tədbir iştirakçılarını gənclər günü münasibətilə təbrik edib.

Yekunda tədbir iştirakçıları muzeyin əməkdaşı şair-publisist Əlisəfa Əhmədoğlunun rəhbərliyi ilə muzeyə ekskursiya ediblər.