Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Masallıda “Dahi Ömrü”adlı ədəbi-bədii kompozisiya təqdim olunub

08.05.2024

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı Xalq Teatrı aktyorlarının və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Dahi Ömrü” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Ədəbi-bədii kompozisiyanı rayon rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət ,media nümayəndələri, həmçinin kollecin tələbələri izləyiblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiəlik sükutla yad edilib.

Sonra Kollecin müəllimi Kəmalə İmanova çıxış edərək müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən söhbət açıb.

Bildirilib ki, azərbaycançılıq ideologiyasının yaradıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, sarsılmaz inamı və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqın müstəqillik haqqında arzularının həyata keçirilməsinə nail olub.

Ədəbi-bədii kompozisiyada kollecin tələbləri Azərbaycan və Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid və Ruslan Zahidovun ifasında isə “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək”, “Küçələrə su səpmişəm” mahnıları səsləndirilib.