30.12.2022
Dekabrın 30-da Yardımlıda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə mədəniyyət nümayəndələri, Yardımlı rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil işçiləri və rayon ictimaiyyəti iştirak edib.
İncəsənət ustalarının ifaları ilə davam edən tədbirə Şaxta baba və Qar qızın gəlişi balacalar tərəfindən maraqla qarşılanıb. Yeni il şənliklərinin personajı olan qəhrəmanlar uşaqları hədiyyələrlə sevindirib.