Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qalib Xalqın Qalib Lideri!

23.12.2025

Dekabrın 22-də Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə fəaliyyətinə həsr edilən tədbir keçirilib. Tədbirdə Astara şəhər M.Ə.Sabir adına 1 saylı, Astara rayon O.Yəhyayev adına Şiyəkəran 2 saylı tam orta və Astara rayon Deqədi kənd ümumi orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxışında qeyd edib ki, Ümummilli Liderin uğurlu və uzaqgörən daxili və xarici siyasəti davam etdirilir. Son 22 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır. Sonra digər iştirakçılar tədbir çərçivəsində geniş məruzə ilə çıxış ediblər, mövzu ilə əlaqədar videoçarx nümayiş olunub. Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.