Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri

14.06.2022

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəlilabadda Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri.

İyunun 14-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Masallı Regional Mədəniyyət İdarəsinin və Cəlilabad rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri  keçirilib.

Tədbirdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə tər gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində dövlət müstəqilliyi gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. 

Tədbirin rəsmi hissəsi başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, 29 il bundan əvvəl 1993-cü ilin iyununda Azərbaycanda baş verən hadisələr tariximizdə ən ağır, mürəkkəb dövr olmuşdur. İyunun 4-də Gəncədə baş vermiş hadisələr o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz siyasəti, naşı rəhbərliyi ucbatından ölkəmizdə vətəndaş müharibəsinə gətirib çıxartdı. Müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı, xalqımız böyük fəlakətlə, faciələrlə üz-üzə dayanmışdı. Bundan istifadə edən erməni silahlı qüvvələri torpaqlarımıza hücumu getdikcə gücləndirir, yeni ərazilər işğal edirdilər. Belə bir dövrdə xalqımız özünə xilaskar saydığı dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdi. Ulu öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələrək xalqın təkidli xahişi və tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə razılıq verdi. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını uğurla icra etməyə başladı. Bu tarixi qayıdış ölkənin qeyri-müəyyən gələcəkdən qurtulması, qardaş qırğınına son qoyulması, xalqın ümidlərinin bərpası idi. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilib. 

Ümumrayon tədbiri Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin incəsənt ustalarının konsert proqramı ilə davam edib.