
04.03.2026
Martın 3-də Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir”mövzusunda fəal qadınların iştirakı ilə dəyirmi masa keçirilib.Tədbirdə şəhid anaları, rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən qadınlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda qadın hüquqlarının qorunması, onların ictimai-siyasi fəallığının artırılması və dövlət idarəçiliyində təmsilçiliyinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Qeyd olunub ki, bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılır. Dəyirmi masa çərçivəsində qadınların cəmiyyətin inkişafındakı rolu, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslin formalaşmasında məsuliyyəti, həmçinin dövlət qadın siyasətinin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.