Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tamaşa

13.06.2018

13 iyun 2018 – ci il tarixdə Yardımlı rayon Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram Teatrı qonaq oldu. Aktyorların  ifasında “Ay Lolo və ya Moskvalı gəlin” ikihissəli komediyası nümayiş etdirildi. Tamaşada hadisələr Sovet dövrünə cərəyan edir. Oxşar vəziyyətlər hazırkı günümüzdə də yaşamaqdadır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalovdur. Rollarda S.Əliyev, E.Fərzullayev, S.Mirzəyev, Q.Quliyeva, T.Fərəcova, Ş.Hüseynova,G.Abbaszadə, N.Əsgərov,H.Cəfərov, N.Qurbanov,A.Abbaszadə və başqaları iştirak etdilər.

Mədəniyyət Mərkəzində yüksək səviyyədə keçirilən tamaşada əvvəlcə teatrın baş inzibatçısı Namiq Ağayev çıxış edərək tamaşa haqqında məlumat verdi. Yekunda Masallı regional mədəniyyət idarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev çıxış edərək rayon sakinləri adından yaradıcı heyyətə və aktyorlara öz minnətdarlığın bildirdi.