Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ailə münasibətlərinin cəmiyyətin inkişafında rolu

23.10.2024

Oktyabrın 23-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin birgə təşkilatçılığı ilə “Ailə münasibətlərinin cəmiyyətin inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə ziyalılar və gənclər iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, xalqımızın çox zəngin mənəvi-əxlaqi dəyərləri, ailə ənənələri var. Bu ailədaxili münasibətlərin, o cümlədən, əxlaqi, mənəvi dəyərlərin formalaşmasında, uşaqlarda dərin tərbiyəvi xarakterin yaranmasında özünü göstərir.

Sonda “Ailə dəyərləri” sənədli filmi nümayiş olunub və iştirakçıların sualları cavablandırılıb.