Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid mayor Anar Novruzovun xatirəsi anılıb.

12.05.2022

Mayın 12-də Masallıda 2020-ci ilin İyul döyüşləri şəhidi, mayor Anar Gülverdi oğlu Novruzovun doğum günü ilə əlaqədar dünyaya göz açdığı Ərkivan qəsəbəsində, məzarı önündə anım mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, döyüş yoldaşları, rəsmi şəxslər, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə, şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarına tər çiçək dəstələri və əklillər qoyulub, ruhuna dualar oxunub.

Çıxışlar zamanı natiqlər mayor Anar Novruzovun erkən yaşlarından xidmət illərinədək olan həyat yoluna işıq tutub, şəhidin örnək mənəvi keyfiyyətlərindən bəhs ediblər.

Anma mərasimində N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının kollektivi və məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Teatrın rejissoru Cəmaləddin Əliyev şəhid Anar Novruzova ithaf olunmuş vətənpərvərlik ruhlu monoloq deyib. Sonra teatrın üzvləri və məktəblilər qəhrəman zabitin döyüş şücaətini və uca şəhidlik məqamını vəsf edən şeirlər oxuyub, həzin notlarda musiqilər səsləndiriblər.