06.10.2025
Oktyabrın 6-da Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib.
Sərgi zamanı oxuculara yazıçının əsərləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin kitabları da təqdim olunub. Sərgiyə gələn ziyarətçilərə Fikrət Qocanın yaradıcılığı haqqında ətraflı məlumat verilib və onlar yazıçının əsərləri ilə yaxından tanış olublar.
Ziyarətçilər sərgidə təqdim olunan kitablara abunə yazılıblar.