Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“DAHİ”

07.05.2018

Mayın 7-də Masallı rayon Mədəniyyət Mərkəzində Ümummilli lider  Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirildi. Rayonun rəhbər işçiləri,təhsil,səhiyyə,  idarə və müəssisə nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev və YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin həyat və yaradıcılığını, yorulmaz, uğurlu fəaliyyətini əks etdirən geniş məzmunlu çıxış etdikdən sonra Masallı Xalq Teatrının, Masallı Dövlət Regional Kollecinin tələbələri ilə birgə hazırladığı  “Dahi”  adlı ədəbi-bədii kompozisiya göstərildi. Tamaşa iştirakçıların alqışları ilə qarşılandı.