
06.12.2025
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı və qurucusu” adlı açıq tarix dərsi keçirilib. Tədbirdə çıxış edən 5 nömrəli tam orta məktəbin tarix müəllimi Kəmalə Nabatova Ümummilli Lider Heydər Əliyevin həyat yolu, ideyaları və siyasi fəaliyyəti haqqında geniş məlumat verib. Eləcə də o, Ümummilli Liderin dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və inkişafında oynadığı müstəsna roldan bəhs edib. Tədbirdə həmçinin, şagirdlər də fəal iştirak ediblər. Onlar Ulu Öndərin dövlət quruculuğu, ordu siyasəti, gənclərə verdiyi dəyər barədə suallar səsləndiriblər.