Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qadınlar zərifdir, amma hər zaman güclüdür!”

07.03.2022

Martın 7-də Masallı rayon Banbaşı kənd kitabxana filialında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadınlar zərifdir, amma hər zaman güclüdür!” adlı tədbir keçirilib. Tədbirdə kəndin tibb işçiləri və gənc xanım oxucular iştirak ediblər.

Tədbirdə Banbaşı kənd kitabxana filialının müdiri Əsmər Əliyeva çıxış edərək Azərbaycan qadınlarının nümunəvi keyfiyyətlərindən söz açıb. O, gənc xanımları təhsil alaraq ictimai həyatda mövqe qazanmağı tövsiyə edib. Ə. Əliyeva əsas ictimai problemlərdən olan erkən nikahlar mövzusuna da toxunub, sözügedən ictimai faktorla mübarizədə təhsil və maarifin rolunu xüsusi vurğulayıb.