Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Bir şair ömrünün salnaməsi” – Lənkəranda ədəbi-bədii tədbir keçirilib

03.03.2026

Martın 2-də Lənkəran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi və Lənkəran şəhər İnternat tipli Humanitar Fənlər Təmayüllü Gimnaziyanın birgə təşkilatçılığı ilə tanınmış şair Əhməd Haqsevərin yaradıcılığına həsr olunmuş “Bir şair ömrünün salnaməsi” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin müdir əvəzi Kəmalə Məmmədova qonaqları salamlayaraq şairin həyat yolu və uşaq ədəbiyyatındakı xidmətlərindən bəhs edib. Ardınca mövzu ilə bağlı xüsusi hazırlanmış videoçarx nümayiş olunub. Çıxış edənlər – AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad, Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran təşkilatının sədri Şəfaət Şəfi, şairin yaxın dostu Qadir Kazımov və qızı Ülkər xanım – Əhməd Haqsevərin zəngin yaradıcılığından söz açaraq onun yüksək mənəvi keyfiyyətlərə malik ziyalı obrazından bəhs ediblər. Tədbirin bədii hissəsində gimnaziyanın 4b sinif şagirdləri şairin şeirlərini səsləndiriblər. Görüş zamanı Ə. Haqsevər uşaqlarla səmimi dialoq quraraq tapmacalar səsləndirib, düzgün cavab verən şagirdlərə müəllif kitabları hədiyyə edib. Səmimi və poetik ruhda keçən tədbir xatirə fotolarının çəkilməsi ilə başa çatıb.