Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Səfərov Rahim Yəhya oğlu

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Direktor

Səfərov  Rahim Yəhya oğlu -  Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru 06 mart 1958-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olmuşdur. 1965-ci ildə Ostayır kənd  səkkizillik məktəbin birinci sinfinə daxil olmuşdur. 1973-cü ildə Yardımlı rayon 1№-li tam orta məktəbin doqquzuncu  sinfinə daxil olmuş, 1975-ci ildə orta məktəbi bitirmişdir. 1976-cı ildə  S.M.Kirov adına ADU-nun (İndiki BDU) kitabxanaçılıq fakultəsinin qiyabi şöbəsinə daxil olmuşdur.  1977 –1979-cu illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.  Hərbi xidmətdən sonra təhsilini davam etdirərək 1984-cü ildə  təhsilini başa vurmuşdur. 1981-ci ildən 2000-ci ilədək Yardımlı rayon  MKS-də işləmişdir. 2000-2010-cu illərdə  Ostayır kənd bələdiyyə sədri olmuşdur. 2010-cu ildən Yardımlı rayon MKS-nin direktorudur.    Ailəlidir.Üç övladı var.

Telefon: 050-614-98-35

E-poçt: rahimsefarov@mail.ru