Masallı təhsili haqqında məlumat:
Ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq dövlətimizin təhsilə yüksək qayğısı, təhsil müəssisələrinin yenidən qurulması texniki tədris vasitələri və avadanlıqlarla təminatına dair qəbul olynmuş proqramlar Masallı təhsilinə də öz təsirini göstərmişdir.
Masallı rayonu 1930-cu ildə inzibati rayon kimi müəyyən edilsə də bu bölgədə təhsil ocaqları daha qədim vaxtlara təsadüf edir. Masallıda ilk məktəbin açılma tarixi 28.10.1960-cı ildə Nikolayevka - indiki Kalinovka və 1896-cı ildə Qızılağac kəndində olmuşdur.Hazırda 2012/2013-cü tədris ilində Masallı rayonunda 99 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərin 63-ü orta, 32-i ümumi, 4-ü ibtidaidir. Keçən dərs ilində məktəblərimizdə təhsil almış 27122 şagirdin təlim-tərbiyəsi ilə 2735 müəllim məşğul olmuşdur. Onların 2074 nəfəri ali təhsilli, 661 nəfəri orta ixtisas təhsillidir. 98 ümumtəhsil məktəbində dərslər Azərbaycan dilində, 1 məktəbdə isə Azərbaycan və rus dillərində aparılır.
Masallı rayon Təhsil Şöbəsinin əhatə etdiyi təhsil müəssisələrinin qısa mənzərəsi belədir:
Kateqoriyalar | Say |
1. Ümumtəhsil məktəblərinin sayı | 99 |
O cümlədən : ibtidai məktəblər: | 4 |
Ümumi orta məktəblər | 32 |
Tam orta məktəblər | 63 |
2. Sinif komplektlərinin cəmi: | 1489 |
O cümlədən: hazırlıq sinifləri: | 51 |
I-IV siniflər: | 579 |
V-IX siniflər: | 688 |
X-XI siniflər: | 171 |
3. Şagirdlərin sayı- Cəmi: | 26925 |
O cümlədən: Hazırlıq siniflərində: | 860 |
I-IV siniflərində: | 10242 |
V-IX siniflərində: | 12471 |
X-XI siniflərdə: | 3352 |
4. I siniflərə qəbul | 2749 |
5. X siniflərə qəbul | 1646 |
6. Fərdi təhsil alanlar | 190 |
7. Məktəbdənkənar müəssisələrin cəmi: | 3 |
Hazırda rayon Təhsil Şöbəsində və 18 məktəbdə internetə çıxış yaradılmışdır.
"2011/2012-ci dərs ilinə hərtərəfli hazırlıqla başlanılmış, onun ilk günlərindən təlimin keyfiyyəti, şagirdlərin vətəndaşlıq ruhunda tərbiyəsi ön plana çəkilmişdir. Dərs ili ərzində rayonun 99 ümumtəhsil məktəblərində (63 orta, 32 ümumi orta və 4 ibtidai) I siniflərə 2618 nəfər, X siniflərə isə 1861 nəfər şagird qəbul edilmişdir və müvəffəqiyyətlə yuxarı siniflərə keçmişlər. XI sinifi başa vuran 1536 şagirdən, 1446 məzun test imtahanında iştirak etmiş, 90 şagird üzrsüz səbəbə buraxılış imtahanlarında iştirak etməmişdir. Şagirdlərdən 387 nəfər qeyri kafi qiymət almış, 1149 məzun isə test imtahanlarından müvəffəq qiymət alaraq attestat almışdır. 193 nəfər təkrar buraxılış imtahanında iştirak edərək tam orta təhsil haqqında attesstat almışdır.
Məktəblərin hamısında kadrlarla təminat, onlarla işin təşkili, ixtisaslarının təkmilləşdirilməsi diqqət mərkəzində olmuşdur. 36 nəfər Təhsil Nazirliyində test imtahanından keçərək ehtiyaclara görə ixtisasları üzrə məktəblərə müəlim təyin edilmiş, onlar üçün lazımi şərait yaradılmışdır. Kənd yerlərində və pedoqoji kadrlara ehtiyac olan məktəblərdə gənc kadrlarla işin yaxşılaşdırılması və onların məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamından irəli gələn vəzifələrin uğurlu həlli üçün məqsədyönlü iş aparılır.
Məktəblərin dərsliklərlə təminatına xüsusi ilə diqqət verilmişdir. Cari dərs ilində 89 adda, 134368 manat məbləğində 73 850 ədəd Azərbaycan bölməsi üçün, 68 adda, 921,44 manat məbləğində 366 ədəd rus bölməsi üçün dərsliklər gətirilib məktəblərə paylanmışdır. Həmçinin bu il müəllimlər üçün 37 adda 3041 ədəd dərs vəsaiti məktəblərə verilmişdir.
"Yeniləşən Azərbaycana yeni məktəblər" devizi altında həyata keçirilən ümumrespublika tədbirləri rayonumuzda da uğurla həyata keçirilir. Bu il Dövlət Proqramına uyğun olaraq 360 yerlik Qodman, Köçəkli, Sığıncaq tam orta məktəbləri, 220 yerlik Dəmirçi, 80 yerlik Ərəb kənd ümumi orta məktəbləri üçün yeni məktəb binaları tikilib şagirdlərin istifadəsinə verilmişdir. Həmin məktəblərə Təhsil Nazirliyi tərəfindən kompyuter dəstləri verilmiş və yeni məktəb avadanlıqları ilə təmin edilmişdir.
Təltif olunmuş müəllimlər haqqında məlumat
S | Soyadı və adı | İş yeri, vəzifəsi | Hansı ada layiq görülüb: |
1 | Məmmədağa Məmmədov | Boradiga 2 saylı tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
2 | Əhməd Məmmədov | “Dəfinə” m/liseyn müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
3 | Əfsər Məmmədov | Ərkivan 2 saylı tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
4 | Əşrəf Möhsümov | Şərəfə tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
5 | Musarza Ağayev | Mahmudavar tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
6 | Nəriman Hüseynov | Boradiga 1 saylı tam o/m sabiq müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
7 | Əlinaz Talıbov | Yeddioymaq 1 saylı tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
8 | Qurban Qurbanov | Türkoba tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
9 | Azadxan Paşayev | Qızılavar tam o/m müəllimi | “Əməkdar Müəllim” fəxri adı |
10 | Sərxoş Nuriyev | Eminli kənd tam o/m direktoru | “Əməkdar Müəllim” fəxri adı |
11 | Nailə Əsədullayeva | Masallı şəhər 4 saylı Digah tam o/m müəllimi | “Tərəqqi” medalı |
12 | Ədalət Nemətov | Dəfinə” m/liseyin müəllimi | “Tərəqqi” medalı |
13 | Həsənbala Əhədov | Həsənli tam o/m sabiq müəllimi | “Tərəqqi” medalı |
14 | İltifat Abdinov | Ərkivan 3 saylı tam o/m sabiq müəllimi | “Tərəqqi” medalı |
15 | Mirqabil Hüseynov | Masallı şəhər 1 saylı tam o/m direktoru | “Tərəqqi” medalı |
16 | Qardaş Fətullayev | Masallı RTŞ-nin böyük məsləhətçisi | “Tərəqqi” medalı |
"İlin ən yaxşı müəllimi" müsabiqəsində 2009-cu ildə rayonun Ərkivan qəsəbə 3 saylı riyaziyyat müəllimi Duniyev Dadaşbala , 2011-ci ildə Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin fransız dili müəllimi Naidə Məmmədova qalib gəlmişlər. "İlin ən yaxşı məktəbi" müsabiqəsində 2009-cu ildə "Dəfinə" məktəb-liseyi, 2011-ci ildə R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbi qalib olmuşlar.
Rayonda fəaliyyət göstərən 3 məktəbdənkənar tərbiyə müəssisəsində 677 nəfər şagird idman və texniki yaradıcılıq işləri ilə məşğul olur. İdman və Şahmat məktəbləri Respublika səviyyəli yarışlarda uğurla çıxış etməklə komanda və fərdi yarışlarda çempion adına layiq görülmüş, dəfələrlə mükafata layiq yerlər tutmuş, müxtəlif dərəcəli diplomlar almışlar.
Məktəblərin yanacaqla təminatında ardıcıl işlər görülür. Məktəb-Valideyn Assosiasiyasının köməkliyi ilə əldə edilmiş odun və digər yanacaq materialları bu təminatın ödənilməsinin əsasını təşkil edir. Lakin görülən işlərə baxmayaraq məktəblərin qızdırılması qarşıda duran ən böyük problemlərdən biridir.
2011/2012-ci tədris ili üzrə məzunlarımızın ali məktəblərə qəbul olma səviyyəsi kifayət qədər yaxşı olmuş, nəticələrimiz bir çox parametrlərinə görə Respublika səviyyəsindən üstündür. "Dəfinə" məktəb-liseyi, şəhər 1 və 3 saylı, Hişkədərə, Təzə Alvadı 1 saylı, Təzəkənd, Xıl, Həsənli, Digah, Şərəfə, Çaxırlı, Ərkivan 1 saylı, Qızılavar tam orta məktəblərinin məzunları qəbul imtahanlarında yüksək nəticə göstərmişlər. Bu il 602 nəfər ali məktəbə qəbul üçün sənəd vermiş, onlardan 240 nəfər ali məktəblərə, 133 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ümumi orta təhsil bazası üzrə 525 nəfər sənəd verən şagirddən 169 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
5 abituriyent 600-dən yuxarı, 42 nəfər abituriyent isə 500 baldan yuxarı nəticə göstərmişdir.
İstedadlı şagirdlərin üzə çıxarılması və onlara qayğı göstərilməsində 1996-cı il iyun ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyevin imzaladığı "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərmanının tələbləri əsas götürməklə fərmanın 2-ci bəndinə müvafiq olaraq rayonun ümumtəhsil məktəblərində "Gənc istedadların fərdi uçot kartı" hazırlanmış və istedadlı şagirdlər müəyyənləşdirilərək onların əsasında "İstedad bankı" yaradılmışdır. Bunların əsasında Azərbaycan Respublikası Prezidentenin Fərmanına uyğun olaraq məktəblərdə "Kiçik Akademiya"lar təsis edilmiş, rayonun "Kiçik Akademiyası" yaradılmış, Respublika "Kiçik Akademiyasına" nümayəndə seçilmişdir. İstedadlı gənclər arasında müxtəlif mərhələlərdə bilik yarışları keçirilmiş, qalib şagirdlərdən bir qrupu Respublika yarışına göndərilmişdir.
Rayonun ümumtəhsil məktəblərində və məktəbdənkənar tərbiyə müəssisələrində şagirdlərin və uşaqların meyl, maraq və qabiliyyətlərini müəyyənləşdirmək məqsədi ilə psixoloji xidmət işləri gücləndirilmiş, yaradıcı şagirdlər və uşaqlarla aparılan işlərə daha ciddi yanaşılaraq, onların müxtəlif müsabiqə və yarışlarda iştirakı təmin olunmuşdur.
Cari dərs ilindəki fənn olimpiadalarının rayon turunda kütləvilik əsasən təmin edilmiş, rayonun müxtəlif ümumtəhsil məktəblərinin 7-11-ci siniflərində oxuyan şagirdlərin 55-60%-i fənn olimpiadalarında iştirak etmişlər. Şagirdlərimiz Respublika səviyyəli uğurlar qazanmışlar. Fənn olimpiadalarının Respublika turunda 12 nəfər şagird iştirak etmiş, onlardan "Dəfnə" məktəb-liseyinin IX sinif şagirdi Fərman Qarayev fizika fənni üzrə II yerə, Kosakül kənd tam orta məktəbinin XI sinif şagirdi Şabanlı Məmməd kimya fənni üzrə IV yerə layiq görülmüşdür.