Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil
|

Lənkəran

Lənkəran Dövlət Universiteti 
Lənkəran Dövlət Universiteti (LDU) 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı, 1992-ci ildən isə müstəqil Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə 3 fakültə, 12 kafedra, 1 problem elmi-tədqiqat laboratoriyası, 8 tədris laboratoriyası vardır: 
-Humanitar və pedaqoji elmlər; 
-Təbiyyət; 
-İqtisadiyyat. 
Humanitar və pedaqoji elmlər fakültəsində Azərbaycan dili və ədəbiyyatı, Tarix və fəlsəfə, Pedaqogika və psixologiya, Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı və Qərbi Avropa dilləri kafedraları fəaliyyət göstərir. Fakültədə: 
- Azərbaycan dili və ədəbiyyatı 
- Tarix və ictimaiyyat 
- İbtidai təhsilin pedaqogika və metodikası 
- Pedaqogika və psixologiya 
- Xarici dil və ədəbiyyatı (İngilis dili ədəb) 
- Xarici dil və ədəbiyyatı (Fransız dili ədəb) 
- Xarici dil və ədəbiyyatı (Alman dili və ədəb) 
- Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə mütəxəssislər hazırlanır. 
İqtisadiyyat fakültəsində İqtisadiyyat və aqrotexnologiya, İqtisadi təhlil və idarəetmə, İnformasiya texnologiyaları kafedraları fəaliyyət göstərir. Fakültədə: 
- İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi 
- Gömrük işinin təşkili 
- Biznesin təşkili və idarə olunması 
- İqtisadiyyatın hüquqi tənzimlənməsi 
- Meyvə-tərəvəzçilik və üzümçülük 
- Subtropik və tamlı məhsulların emalı texnologiyası ixtisasları üzrə mütəxəssislər hazırlanır. 
Təbiyyət fakültəsində Fizika-riyaziyyat, Coğrafiya və ekologiya Kimya və biologiya və Mülki müdafiə kafedraları fəaliyyət göstərir. Fakültədə: 
- Riyaziyyat və informatika 
- Coğrafiya 
- Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi 
- Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri 
- Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı 
- Biologiya ixtisasları üzrə mütəxəssislər hazırlanır. 
Universitetdə respublikanın bütün bölgələrindən və xarici ölkələrdən olan 1500-ə qədər bakalavr və 16 ixtisas üzrə 100-ə yaxın magistr təhsil alır. LDU-da hər yeni tədris ilində ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər üçün hazırlıq kursları təşkil olunur, ümumhazırlıq kompüter və xarici dil kursları fəaliyyət göstərir. 
Tələbələrin təlim-tərbiyəsi ilə 250-dən çox professor-müəllim heyəti məşğul olur ki, onlardan da 25 nəfəri elmlər doktoru-professor, 120 nəfəri elmlər namizədi-dosent və baş müəllimdir. LDU-da elmin əsas sahələri üzrə aspirantura və dissertantura fəaliyyət göstərir. Universitetdə ardıcıl elmi seminarlar, diskussiyalar, debatlar təşkil olunur, görkəmli elm, mədəniyyət, incəsənət xadimləri və ziyalılarla görüşlər təşkil olunur, idman yarışları keçirilir. LDU bir sıra beynəlxalq və respublika səviyyəli elmi konfransların, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. 
Universitet dünyanın bir sıra qabaqcıl ali məktəbləri ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əməkdaşlıq edir. LDU Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının üzvüdür və Fransanın Strasburq Universiteti, Rusiya Federasiyasının Moskva Dövlət Universiteti, Türkiyənin Ankara Universiteti, İran İslam Respublikasının Gilan Universiteti ilə çoxtərəfli əməkdaşlıq edir. 
Universitetdə Heydər Əliyev muzeyi və idarəçilik məktəbi fəaliyyət göstərir. Bu ideoloji mərkəzdə hər ay müxtəlif mövzularda məşğələlər keçirilir. 
Universitetdə elmin müxtəlif sahələri və aktual problemləri üzrə 60-a yaxın tədqiqat işi aparılır, "Lənkəran Dövlət Universitetinin xəbərləri" adlı elmi məcmuə nəşr edilir. 
Lənkəran tibb məktəbi 
Lənkəran tibb məktəbi 1936-cı ildən fəaliyyət göstərir. İlk illər məktəbdə tibb bacısı ixtisası üzrə kadr hazırlanmışdır. Hazırda məktəbdə mamalıq işi, müalicə işi, tibb bacısı və ortopedik stomotologiya ixtisasları vardır. Mamalıq işi və müalicə işi ixtisasları üzrə təhsil müddəti 2 il altı aydır, tibb bacısı və ortopedik stomotologiya işi ixtisasları üzrə təhsil müddəti 2 ildir. Tədris planına uyğun olaraq, kabinetlər əyani vəsaitlər və kompüterlərlə təchiz olunmuşdur. Təcrübə dərsləri rayon mərkəzi xəstəxanasının ayrı-ayrı şöbələrində keçirilir. 
Məktəbdə 55 müəllim çalışır, 253 tələbə təhsil alır.
Lənkəran şəhər şahmat məktəbi 
Lənkəran şəhər Şahmat məktəbi 1981-ci ildən fəaliyyət göstərir. Şahmat məktəbinin əsas vəzifəsi şahmatı şagirdlər arasında təbliğ və tədris etmək, idmanın bu növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Şahmat məktəbində 52 qrup fəaliyyət göstərir. Şahmat məktəbinin şagirdləri 1988-1991-ci illərdə Sankt-Peterburq, Nijni-Novqorod, Kişinyov. Xarkov, Bobruysk, Rodvilişkiy, Yalta, Aluşta, Riqada keçirilən ümumittifaq və beynəlxalq yarışlarda iştirak etmişlər. 1993-cü ildə Slovakiyanın Bratislava şəhərində keçirilən şahmat turnirində 12 yaşadək oğlanlar arasında Rəşad Bayramov I yeri tutmuşdur. Ə.Cəfərli 2001-ci ilin iyul ayında İstanbulda keçirilən Beynəlxalq turnirin iştirakçısı olmuşdur. Ə.Cəfərli 2001-ci ildə Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa çempionatında iştirak etmişdir. 2002-ci ildə Tehranda İran İslam Respublikası inqilabının ildönümünə həsr olunmuş Beynəlxalq turnirdə iştirak etmişdir. Ə.Cəfərli 2003-cü ilin oktyabr-noyabr aylarında Yunanıstanın Kaliteya şəhərində keçirilən dünya çempionatında 14 yaşadək oğlanlar arasında iştirak etmiş, 11 oyundan 5,5 xal toplayaraq beynəlxalq reytinq normasını ödəmişdir. 2006-cı ildə həmin şəhərdə I yeri tutub. 2007-ci ildə məktəbin 3 şagirdi Türkiyənin Antalya şəhərində dünya birinciliyində iştirak etmiş, Babazadə Cavidan isə RF-da 10 yaşadək məktəblilər arasında keçirilən beynəlxalq turnirdə II yeri tutmuşdur.
Uşaq yaradıcılıq mərkəzi 
Uşaq Yaradıcılıq Mərkəzi 1950-ci ildən təhsil şöbəsi nəzdində fəaliyyət göstərir. Öz işini Təhsil nazirliyinin Məktəbdənkənar Müəssisələr haqqında əsasnamə əsasında qurur. Müəssisənin əsas məqsədi məktəbdənkənar işin keyfiyyətini yaxşılaşdırmaq, şagirdlərin istedad və bacarıqlarını aşkar etmək və onlara şərait yaratmaq, kütləvi tədbirlərdə iştirakını təşkil etməklə onlara təşkilatçılıq aşılamaqdır. Müəssisədə 90 qrup fəaliyyət göstərir. Əksər qruplar 6 şəhər, 16 kənd məktəbində, xarici dil təmayüllü internat məktəbində fəaliyyətini qurmuşdur. Müəssisədə 18 adda dərnək fəaliyyət göstərir: "Dərzilik", "Toxuculuq", "Gənc-Aslanovçular", "Bədii qiraət", "Dram", "Xor",; "Təsviri-incəsənət", "Qarmon", "Kamança", "Tumurcuq ansamblı", "Tarix-diyarşünaslıq", "Fortapiono", "Rəsm", "Musiqi", "Bacarıqlı-əllər", "Applikasiya və dekerativ rəsm", "Tar", "Evdarlıq". Bu dərnəklərə ali və pedoqoji orta təhsilli kadrlar rəhbərlik edirlər. Dərnək fəaliyyətini əsasən şagirdlərin maraqları əsasında qurur.
Lənkəran Dövlət Humanitar Kolleci 
Lənkəran Dövlət Humanitar Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Lənkəran Məktəbəqədər Pedaqoji və Lənkəran Musiqi Texnikumlarının bazası əsasında yaradılmışdır. Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu 1924-cü ildən, Lənkəran Musiqi Texnikumu isə 1975-ci ildən fəaliyyətə başlamışdır. 
Lənkəran Dövlət Humanitar Kollecində illik təhsil rüsumu 100 manatdır. Hazırda kollecdə 132 müəllim işləyir, 1337 tələbə təhsil alır. 
Kollecdə 3 şöbə var; 
1) Pedaqoji şöbə. 
2) Musiqi şöbəsi.
3) Qiyabi şöbə.
Lənkəran Dövlət Humanitar Kollecində "İbtidai təhsil", "İngilis dili", "Qeyri Azərbaycan məktəblərində Azərbaycan dili", "Fortepiano", "Xalq çalğı alətləri", "Xor dirijorluğu", "Musiqi nəzəriyyəsi", "Xanəndəlik" ixtisasları üzrə kadr hazırlanır.