Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Lerik

Rayonunun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi 55780 hektar və ya ümumi torpaq sahəsinin 53,3 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 13500 ailəyə 13801 hektar torpaq payı verilmişdir ki, orta hesabla hər ailəyə 1,02 hektar deməkdir.
Rayon iqtisadiyyatının əsasını əkinçilik, heyvandarlıq və kartofçuluq təşkil edir. Qismən tərəvəzçilik və meyvəçilik də inkişaf etdirilir. Lerik rayonunda istehsal olunan bal keyfiyyətinə və ekoloji təmizliyinə görə respublikamızda böyük şöhrət qazanmışdır.
2013-cü ildə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Ümumi məhsul buraxılışının həcmi 2012-ci ilə nisbətən 12,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 1.9 faiz, pullu xidmət 11,1faiz və təmir-tikinti işləri 85.4 faiz, sənaye məhsulunun ümumi həcmi 2 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 3.4 faiz artaraq 283,9 manata, əhalinin gəlirləri 0,6 faiz artaraq 64 milyon 896 min manata çatmışdır. 2013-cü ildə 926 yeni iş yeri, ümumilikdə isə 2004-2013-cü illər ərzində 9123 yeni iş yeri açılmışdır.