Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Cəlilabad

Cəlilabad rayonu ölkəmizin ən mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, kartofçuluq və üzümçülük əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda tərəvəz, bostan, Günəbaxan qarğıdalı və meyvə də yetişdirilir.
İqtisadiyyatın bütün sahələrinin inkişafı rayonda məhsul istehsalının artmasına şərait yaratmış, 2003-cü illə müqayisədə 2013-cu ildə ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə artaraq 350,1 milyon manata, o cümlədən kənd təsərrüfatında 3,4 dəfə artaraq 193,5 milyon manata və sənayedə 8,7 dəfə artaraq 5,2 milyon manata çatmışdır.
2013-cü ilində rayonda 127487 ton taxıl, 82890 ton kartof, 1293 ton tərəvəz, 310 ton bostan məhsulları, 1361 ton meyvə,11463 ton ət, 77490 ton süd, 25900 min ədəd yumurta,9305 ton üzüm,2015 ton şəkər çugunduru,258 ton günəbaxan və 398 ton yun istehsal edilmişdir.
Rayonda broyler fabriki, şərab zavodu, asfalt zavodu, müasir tipli dəyirmanlar, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 2 soyuducu kamera, inqibator sexləri, kraxmal sexi, konserv sexi, xalçaçılıq sexi və mebel fabriki fəaliyyət göstərir.

Bakı-Astara dəmir yolunun və Bakı-Astara avtomobil yolunun rayon ərazisindən keçməsi rayonun iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edir.