Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyi

Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyi 29 noyabr 1981-ci ildən fəaliyyət göstərir. Muzey bu illərdə üç binaya köçmüş və hazırda tipik binada fəaliyyətini uğurla davam etdirir. Muzey 2008-ci ildən fotoda görünən bu uyğunlaşdırılmış binadadır. Muzeyin ekspozisyasının ümumi sahəsi 350 kv.m-dir.Ekspozisya sərgi sahəsi 300 kv.m, fond otağı isə 15 kv.metrdir.Muzeyin ümimi fondunda 6000-ə yaxın muzey əhəmiyyətli materiallar olmaqla bu diyarın tarixini, habelə Vətən tarixinin bir hissəsini özündə ehtiva edir.Muzeyin ekspozisyası 8 otaqdan ibarətdir.Burada “Yardımlının təbiəti”, “Yardımlı antik və  orta əsrlərdə”, “Yardımlı etnoqrafiyası”, “Yardımlı rayonun yaranması”, ”Sovetlərin rayonda sosial-mədəni sahədə fəaliyyəti”, “Yardımlı 40/80-ci illərdə”,”Müstəqilliyimiz uğrunda mübarizədə şəhidlərimiz” və  “Yardımlı rayonu müstəqillik illərində”  adlı bölmə və guşələri eksozisyada gələn tamaşaçılara dolğun məlumat verir.

Ünvan:
Yardımlı şəhəri Vüqar Nəciyev 3
Telefon:

025 206 20 06