Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyi

Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun  tanınmış  ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi  təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir.  Muzey  15 il ictimai əsaslarla heç bir dövlət vəsaiti sərf edilmədən  fəaliyyət  göstərmiş,eksponatlara isə heç bir dövlət vəsaiti sərf olunmadan əldə edilmişdir.

             1976-cı ildə Tarix- Diyarşünaslıq muzeyi üçün bina tikilmiş,1977-ci il avqustun 13-də Nazirlər Sovetinin 283 saylı əmrinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin   16 sentyabr 1977-ci il 299 nömrəli əmrinə əsasən  muzeyə dövlət   statusu verilmişdir.

             1978-ci ildə Hişkədərə kəndində Masallı rayon tarix-diyarşünaslıq muzeyinin rəsmi açılışı olmuşdur

           Muzeyimizin fondunda   bölgənin tarixini əks etrirən 7 mindən çox dəyərli eksponat  vardır.           Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq,tətbiqi  incəsənət, arxeoloqiya, numizmatika,etnoqrafiya,fotoşəkillər,sənədlər bölməsindən ibarətdir.

     Muzeydə toplanan zəngin material demək olar ki, bütün tarixi mərhələləri  dolğun əks etdirir. Tarixin müxtəlif dövrlərinə aid  arxeoloji tapıntılar,məişət əşyaları,əmək alətləri,zinət bəzək əşyaları,silahlar,milli geyim nümunələri,tarixi sənədlər,insanların  həyat tərzni və məşğuliyyətini, Masallının bu gününü və inkişaf perspektivlərini dolğun və hərtərəfli şəkildə əks etdirirlər. Muzey yarandığı gündən bu günə kimi qonaqların ürək sözləri 18 rəy kitabında cəmlənib. 

        Masallı Tarix –Diyarşünaslıq muzeyi 2005-çi ilin oktyabırından Muzeyin  təşəbbüskarı və yaradıcısı    BVM  iştirakçısı,” Əməkdar müəllim” Rəhim Kərim oğlu Tağıyevin  adını daşıyır. 

         Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları 2013-il sentyabırında   Masallı rayon Tarix-Diyarşünaslıq muzeyin tikilməsi üçün sərəncam vermişdir.

Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan geniş tədbirlər nəticəsində Masallı Tarix-Diyarşünaslıq muzeyi  uçun müasir tələblərə cavab verən yeni bina inşa edildi.  Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzində tikilən  Tarix-Diyarşünaslığın yeni binasına köçürüldü.Muzey üçün tikilmiş yeni binada  Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən Toğrul Əfəndiyevin birqadasının başçılığı altında  muzeyin təyinatına uyğun olaraq müasir standartlara cavab verən tərtibat işləri aparıldı. Ümumi sahəsi 1861 kvm olan muzeyin ekspozisiya zalı 2 mərtəbəni əhatə edən geniş ekspozisiya zallarından ibarətdir.Binanaın mansar hissəsində Masallı Dövlət Rəsm Qalereyası yerləşir.  

      2016-ci il  3 sentyabr tarixində Hörmətli Prezidentimiz İlham Əliyev  cənabları  Masallıya növbəti səfəri zamanı R.Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyin açılışını etdi.