Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Astara rayon Mərkəzlədirilmiş Kitabxana Sistemi

Astara rayonunda ilk kitabxana 1939-cu ildə fəaliyyətə başlamışdır. İki otaqdan ibarət kitabxananın kitab fondu 5250 olmuşdur. 1975-ci ildən Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Dövlət kütləvi kitabxanalar haqqında əsasnaməyə uyğun olaraq III kateqoriyalı kitabxana kimi fəaliyyət göstərir. Hal-hazırda rayon MKS-i 50 kütləvi kitabxana - 1 Mərkəzi rayon, 1 Şəhər, 2 qəsəbə və 46 kənd kitabxana filiallarından ibarət şəbəkəni özündə birləşdirir.

Astara rayon Mərkəzi kitabxanasında 6 şöbə fəaliyyət göstərir:

1. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

2. İnformasiya-resurs şöbəsi

3. Metodika və biblioqrafiya şöbəsi

4. Xidmət şöbəsi

5. Komplektləşdirmə və kitabişləmə şöbəsi

6. Uşaq şöbəsi

Ünvan:
Astara şəhəri, Nizami küçəsi 15
Telefon:

Tel: ( 02522) 5-12-59

Fax:

(02522) 5-12-59

E-mail:

astara-mks@list.ru