Astara rayon Azərbaycan küçəsində yerləşən orjinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına 2011-ci ildə başlanmış, həmin ilin aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astara səfəri zamanı açılışı olmuşdur. Prezident Mərkəzin “Fəxri qonaqlar” kitabına ürək sözlərini yazmışdır.
Mərkəz 2008-ci ilin iyulundan 2012-ci ilin fevralına qədər H.Əliyev muzeyi kimi fəaliyyət göstərmişdir. Muzeylərin fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq Heydər Əliyev muzeyi 2012-ci ilin fevralından Mərkəz adlandırılır. Mərkəzin sahəsi 792 kv m -dir.
Ikimərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur. Mərkəzin birinci mərtəbəsində ümummilli Liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolar, monitor vardır. Mərkəzdə ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işləri, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərini əks etdirən 76 fotoşəkil, 35 sənəd toplanmışdır. Qiymətli eksponatlar arasında ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri əmək adamları ilə görüşlərini eks etdirən fotolar nümayiş olunur. Mərkəzdə Ulu Öndərin Astaraya səfərləri zamanı görüşlərinə aid fotolar ayrıca guşədə yer alaraq mərkəzin ekspozisiyasını bəzəyir.
Ulu öndər Heydər Əliyev Astaraya rəsmən 11 dəfə səfər etmişdir. Astara rayonunun inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı, bütün respublikada olduğu kimi Astaranın inkişafında mühüm rol oynamışdır. Ümummilli liderin vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonu ictimaiyyəti daim ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görürlər. Məhz Heydər Əliyev mərkəzndəki fotoşəkillər ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.
Heydər Əliyev mərkəzinin ikinci mərtəbəsində şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxanın fondunda 3500 kitab toplanmışdır. Burada 25 kompüter vasitəsi ilə oxucular Milli Kitabxananın elektron resursunda olan 11 min 416 elektron kiatbdan istifadə edə bilirlər. Elektron kataloqda isə 149 min 983 kitabın biblioqrafik göstərcisi üzrə axtarış aparmaq mümkündür. Burada həmçinin Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən latın qrafikalı əlifba ilə nəşr olunmuş 500-dək kitabın elektron versiyasından istifadə etmək mümkündür. Kitabxanada “Avropa kitabxanaları” elektron kataloqdan 48 ölkənin toplu kataloqu vasitəsilə axtarış aparmaq mümkündür. Milli kitabxananın saytı vasitəsilə 21 xarici ölkə kitabxanaları ilə əlaqələr mövcüddur.
Dekorativ tətbiqi sənət studiyasında təşkil olumuş kurslarda miniatür xalçalar toxunur və rayonda keçirilən sərgilərdə nümayiş olunur. Bu studiyada gün ərzində 20-30 gənc bu qədim sənətə yiyələnmək üçün kurs keçirlər. Mərkəzdə fəaliyyət göstərən bu studiya Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edir.
Şahmat studiyasında uşaqlar həm şahmat, həm də dama ilə məşğul olurlar. Burada məşğələlərlə yanaşı ulu öndərin ad günü, Qurtuluş günü və sair bayramlar münasibətilə yarışlar, turnirlər keçirilir.
Gənclərin rəssamlıq ilə məşğul olmaları üçün mərkəzdə təsviri sənət studiyası da fəaliyyət göstərir. Gün ərzində 15-20 gənc təsviri sənətlə məşğul olur. Onların əl işləri, rəsm əsərləri mərkəzdə və rayonda keçirilən sərgi və tədbirlərdə nümayiş olunur. Heydər Əliyev Mərkəzi muzey kimi rəsmi fəaliyyətə başladığı gündən bu günə kimi mütəmadi olaraq rayon və kənd məktəblərinin, Pedaqoji Kollecin, Uşaq bağçalarının, İdarə və müəssisə təşkilatlarının cədvəl üzrə muzeyə ekspozisiyasını təşkil edir. Bundan başqa hər gün onlarla fərdi gəliş qeydə alınır ki, bu da rayon sakinlərinin və gələn qonaqların ulu öndərə olan sonsuz məhəbbətini təzahürüdür.
2008-2012-ci il dövr ərzində mərkəzə Türkiyənin Azərbaycandakı səfiri H.Kılıc, Millət vəkili publisist Elmira Axundova, OMBODSMAN E.Süleymanova, Respublika YAP Qadınlar Şurasının sədri Nurlana xanım, Milli məclisin deputatları Hadı Rəcəbli, Aslan Cəfərov, xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova və başqaları qonaq olmuş, mərkəzin “ Fəxri qonaqlar” kitabına öz ürək sözlərini yazmışlar.
Muzeydə 8 nəfər işçi çalışır.
Səmədova Kübra İbrahim - direktor
Kazımova Elza İsaməddin-baş fond mühafizi
Məmmədova Aygün Məmmədağa-baş elmi işçi
Məmmədova Cəmalə Hafis-Mərkəzin bələdçisi
Şiriyeva Gülnar Fərhad-Mərkəzin baxıcısı
Əliyeva Aygün Nəci, Ağasiyev Faiq Fərman texniki işçi.
Heydər Əliyev Mərkəzinin əməkdaşları Astaranın ictimai, iqtisadi, mədəni həyatına dair materialların toplanması işini də davam etdirirlər. Mərkəzin əməkdaşları daim yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, ulu öndərin irsinin geniş təbliğinə daima çalışır və müxtəlif mövzularda, rəngarəng tədbirlər keçirirlər.
Bu məqsədlə Heydər Əliyev Mərkəzində və məktəblərdə, Kollec və müəssisələrdə mütəmadı olaraq mühazirələr oxunur, tarix dərsləri keçirilir, sərgilər təşkil olunur. Peşə bayramları ilə əlaqədar Mərkəzdə idarə və müəssisələr qarşısında söhbətlər aparılır.
Mütəmadi olaraq Mərkəzə Ulu öndərlə işləmiş, onun tərəfindən qiymətləndirilmiş insanlar dəvət olunur, onların gənc nəslin nümayəndələri ilə görüşləri təşkil olunur. Mərkəzdə tarixi və əlamətdar günlərə həsr olunmuş elmi-praktik konfranslar, yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdıran mövzularda disputlar təşkil olunur,
Mərkəz gənc nəslin dünya görüşünün, bilik və bacarıqlarının artırılmasında, onların Heydər Əliyev ruhunda tərbiyəsində mühüm rol oynayır.
Tel: (025) 225-44-01
astara-merkezi@mail.ru