Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü

12.11.2021

Noyabrın 12-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Konstitusiya Günü ilə əlaqədar "Bizim konstitusiyamız" adlı tədbir keçirilib. Tədbirdə rayonun Babaser kənd ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.

İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan konstitusiyasının yaradılma tarixi və onun hüquqi dəyəri, cəmiyyətimizin inkişafında konstitusiyanın yeri, həmçinin orada insan və vətəndaş hüquqlarından geniş bəhs olunması barədə məktəblilərə məlumatlar verib.

Tədbirin sonunda şagirdlər Muzeyin sərgi zallarına ekskursiya edərək bölgəmizin tarixi ilə bağlı nümunələrlə tanış olublar.