Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 Noyabr - Konstitusiya Günü

12.11.2021

Noyabrın 12-də Masallı rayon Mərkəzi Kitabxanasında Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri iştirak edib.

Tədbirdə çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. O, diqqətə çatdırıb ki, 1995-ci ildə qəbul olunmuş konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü konstitusiyadır.

Sonra kitabxana əməkdaşı Aygül Mirzəzadə məruzə ilə çıxış edərək bildirib ki, konstitusiyamız özünün hüquqi dəyərinə, demokratik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin analoji hüquqi sənədi ilə müqayisədə daha təkmil və əhatəlidir. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, xalqlarla dostluq konstitusiyamızın demokratik dəyərlərini təcəssüm etdirir.