11.11.2021
Noyabrın 11-də Cəlilabad rayonunun Privolnoye kəndində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş bulağın açılış mərasimi keçirilib. Tədbirində rayon rəhbərliyi, Privolnoye kənd Mədəniyyət Evinin əməkdaşları, kənd ictimaiyyəti, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri, adıçəkilən kəndin 1 və 2 saylı məktəblərinin müəllim və şagird kollektivləri iştirak edib.
Tədbir Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə davam edib.
Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilovun giriş nitqindən sonra, açılışda iştirak edən şəhid ailələri onlara göstərilən hərtərəfli dövlət qayğısından danışıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti və yerli rəhbərliyə, eləcə də bulağın inşasında əməyi keçənlərə minnətdarlıq bildiriblər.
Sonda məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbir "Xəzər" televiziya kanalı vasitəsilə lentə alınıb.