Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göytəpə şəhərində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

11.11.2021

Cəlilabad rayon Göytəpə şəhər klubunun və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Biz hamımız bir əsgərik” şüarı altında tədbir keçirilib.

Tədbir bayraq tağımının nizami addımları ilə üçrəngli bayrağımızın meydana gətirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tələbələr Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Tədbirdə rayon mədəniyyət işçilərindən Elnur Atakişiyev, Masallı rayon veteranlar şurasının sədri Məmmədağa Şiriyev, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsman Aparatının Cəlilabad Regional İdarəsinin rəisi Zaur İsmayılov və 44 günlük Vətən müharibəsində iştirakçısı olan qazi və müharibə veteranları iştirak ediblər. Qonaqlar əvvəlcə, məktəbin foyesində tələbələrin rəsm işlərindən ibarət sərgisi ilə tanış olublar. Sonra Vətən müharibəsində qazanılan tarixi Zəfərlə bağlı çıxışlar edilib.

Tədbirdən sonra Göytəpə şəhər klubunun müdiri Mübariz Sarıyev, klubun dərnək üzvləri, tədiris mərkəzin bir qrup müəllim və tələbə heyəti və vaxtilə adıçəkilən tədris müəssisəsində təhsil almış Birinci və İkinci Qarabağ müharibəsinin bir qrup veteranları, qaziləri ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanları yad etmək məqsədilə Göytəpə şəhərindəki “Şəhidlər abidəsini” ziyarət ediblər. Abidə önünə əklil və gül dəstələri qoyaraq,

ehtiramlarını bildiriblər. Sonda xatirə şəkili çəkilib.