Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsinin ildönümü ilə əlaqədar qazilərlə növbəti görüş olub

10.11.2021

Noyabrın 10-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ilk ildönümü və Zəfər Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində qazilərlə növbəti görüş təşkil olunub. Tədbirdə rayonun Öncəqala kəndindən olan qazilər və mədəniyyət işçiləri iştirak ediblər.

İlk öncə, torpaqlarımız uğrunda canından keçmiş oğulların ruhu sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva Vətən müharibəsinin 44 günü ərzində döyüşə mərd və qürurla yollanan, bizə qələbəni bəxş edən igidlərin önündə ehtiram hissi ilə baş əyərək onlara təşəkkürünü ifadə edib.

Sonra Vətən müharibəsinin iştirakçıları olan fədakar vətən oğulları Mərhəmət Həmidov, Rəvan Abbasov, Emil Fətullayev və Elçin Məmmədov müharibə zamanı şəhid olan əsgər yoldaşları və döyüş xatirələrindən bəhs ediblər. Tədbirin sonunda qazilər şəhidlərə həsr olunmuş sərgiyə baxış keçiriblər. Sonra xatirə fotoları çəkilib.